|
Günel Sibel Can və qızı ilə bir arada

Türkiyədə yaşayan Azəri Günel Zeynalova Sibel Canla bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçi onunla və qızı Melisa ilə birlikdə şəkillərini İnstaqram səhifəsində paylaşıb.

Günel Sibel Canın konsertini izləməyə getdiyini bildirib. O, paylaşımına "Səni çox istəyirəm, zövq aldım konsertindən" sözlərini yazıb.