|
KİV: Tramp ticarət müharibəsinin qarşısının alması üçün Brüsseldən güzəştləri qəbul edir

ABŞ prezidenti Donald Trаmp Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ilə danışıqlar zamanı Brüsseldən bir sıra güzəştlər əldə edib. Trend-in məlumatına görə, güzəştlər sırasına ABŞ-ın mayeləşdirilmiş təbii qazın (LNG) ixracının artırılması və ticarət müharibəsinin qarşısının alması üçün sənaye rüsumlarının azaldılması daxildir.

 

Brüssel, ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) ixracının artırılması, sənaye rüsumlarının aşağı salınması, tibbi məhsullar üzrə standartların uyğunlaşdırılması və soya idxalını artırılmasını nəzərdən keçirməyi qəbul edib.