|
Kabildə partlayış: ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə partayış baş verib.

Axar.az xəbər verir ki, terrorçu-kamikadze hərbçiləri hədəf alaraq özünü partlatması nəticəsində azı 4 nəfər ölüb, yaralananlar var. İnsidentin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

“Taliban” hərəkatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.