|
Konte “Milan”ı çalışdırmağa razılıq verdi

“Çelsi”nin keçmiş baş məşqçisi Antonio Konte “Milan”ı çalışdıra bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar”ın gələcək texniki direktoru Leonardo artıq Konte ilə təmasa keçib. 

Bildirilir ki, italiyalı mütəxəssis “Milan”ı çalışdırmağa razılıq verib. 

Qeyd edək ki, komandanı hazırda Cennaro Qattuzo çalışdırır.