|
Hannover aeroportu işini dayandırdı - istiyə görə

Hannover Beynəlxalq Hava Limanı uçuş-enmə zolağında yaranan problemlərə görə işini dayandırıb.

Trend-in məlumatına görə, havanın anomal isti keçməsindən zolaqda zədələr yaranıb. Təmir işləri ilə eyni zamanda cənub zolaq da bağlıdır: "Aeroport ən azı çərşənbə günü 06:00-dək bağlı olacaq".

 

Hannover aeroportu Almaniyanın əhəmiyyətinə görə 9-cu hava limanıdır.