|
Yaponiyada istilər 65 adamı öldürdü, 22 mindən çoxunu "xəstəxanalıq etdi"

Yaponiya ərazisində hökm sürən kəskin istilər 65 nəfərin canını alıb.

Trend-in məlumatına görə, 22 mindən çox adam günvurma diaqnozu ilə xəstəxanalara müraciət edib.

 

İsti hava kütləsi artıq fasiləsiz olaraq 2 həftədir ki, Yaponiyada hökm sürür.

Maksimal hərarətin 41 dərəcəyə çatdığı bildirilir. Daha cox zərərçəkənlər isə Aiti, Osaka, Xyoqo, Tiba və Kioto prefekturalarındadır.