|
“Atletiko” 18 yaşlı futbolçu aldı

“Atletiko” heyətinə yeni oyunçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Uruqvayın “Nasional” klubunda Xuan Sanabriya transfer edilib.

Madrid təmsilçisi 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Uruqvayın gənclərdən ibarət milli komandasında 32 oyun keçiriən Sanabriya 2 qol vurub.