|
Nabranda itən 3 yaşlı uşağın qayıb günü - harada olub, niyə itib

Xaçmaz rayonunun Nabran qəsəbəsində itən 3 yaşlı uşaq kolların arasından tapılıb.

Bu barədə azvision.az-a açıqlamasında Xaçmaz rayon Nabran qəsəbəsinin icra nümayəndəsi Nəzakət İsgəndərova məlumat verib. Onun sözlərinə görə, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu olduqları ərazidən 100 metr aralıda aşkar edilib.

“Uşaq çox uzağa getməyib. Olduqları ərazidən 100 metr aralıda kolların içərisinə düşüb və orada bir sutka qalıb. Uşaq tapılan kimi Nabran qəsəbəsində həkimlər tərəfindən ambulator müayinə olunub və səhhəti yaxşıdır. Bədənində yüngül cızıqlar var. Vəziyyəti yaxşıdır, danışıb gülür. Hazırda valideynləri ilə birlikdə Bakıya gəlirlər”.

Qeyd edək ki, 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu iyulun 23-də axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

İsmayıl Novruzovun nənəsi Elnarə Novruzova ile ilgili görsel sonucu

“Mayak” İstirahət Mərkəzində itən 3 yaşlı İsmayıl Novruzovun nənəsi Elnarə Novruzova “Qafqazinfo”ya bildirmişdi ki, yanlarında oynayan uşaq 5 dəqiqə ərzində yoxa çıxıb: “Səhər 11-ə qalmış Nabranda yerləşən ”Mayak" hotelinə getdik. Hadisə isə 12 radələrində baş verib. Balaca nəvəmi yedizdirirdim. Atası, babası da orada idi. İsmayıl da elə gözümüzün qarşısında oynayırdı. Başımı qaldıran vaxt uşağın orada olmadığını gördüm. Tez ətrafa, meşəyə, dəniz kənarına, bir sözlə, hər yerə baxdıq, ancaq tapmadıq".

Novruzovanın sözlərinə görə, hoteldə kamera olmayıb ki, haraya getdiyinə, başına nə iş gəldiyinə baxılsın.

3 yaşlı uşağın axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edib.

nabranda itən uşaq ile ilgili görsel sonucu

FHN-in xilasediciləri, nəhayət, iyulun 23-də 3 yaşlı İsmayıl Novruzovu istirahət mərkəzlərindən birinin ərazisində çayın kənarında tapdılar.

İtkin düşən uşağın ailəsinin ittihamlarından biri, elə birincisi həmin hotelin ərazisində müşahidə kamerasının olmaması idi.

“Mayak” hotelin adını açıqlamaq istəməyən səlahiyyətli nümayəndəsi sfera.az-a kamera yerləşdirməyə imkanlarının olmadığını deyib: “Nə kameradan yapışmısız? Onlar saat yarım əvvəl gəlmişdilər, heç hotelə buraxmaq istəmirdim. 20 ildir ki, işləyirəm, birinci dəfədir belə hadisə olur. İmkanım yoxdur kamera qoymağa. Altı nəfər uşağına cavabdeh deyilmi? Burada 100-200 uşaq var, hamısını bir-bir güdməliyəm?”

Ələsgər Məmmədli ile ilgili görsel sonucu

Maraqlıdır, bu kimi hallarda kim məsuliyyət daşıyır: valideyn, ya istirahət mərkəzi?

Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, bütün hallarda valideyn övladının tərbiyə və təhlükəsizliyi üçün məsuliyyət daşıyır, nəzarət öhdəliyi var: “Heç bir hal valideyni bu öhdəlikdən azad etmir. İstisna halda, valideyn işləyir, uşağı bağçaya qoyub və bağçada bir hadisə baş veribsə, onda valideyn məsuliyyətindən söhbət gedə bilməz. Amma istirahət yeri, ya başqa yerdə uşaqlar nəzarətdən kənar qoyulmamalıdır. Heç bir halda kənar şəxslər tək məsuliyyət daşımaz, valideyn məsuliyyəti ilə bir olacaq. Ola bilsin, istirahət mərkəzinin də müəyyən məsuliyyəti var, amma bu, valideyn məsuliyyətini istisna etmir. Kamera məsələsinə gəlincə, bir çox yerlərdə vətəndaşların rahat istirahəti üçün hər hansı bir kamera tələbi qoyula bilməz. Sadəcə, ümumi yerlərdə kamera ola bilər. Müəssisə öz təhlükəsizliyi üçün kamera qoydura da bilər, qoydurmaya da. Kamera məcburi tələb deyil. Ayrıca, kamera var deyə uşağı nəzarətsiz buraxmaq da yanlışdır. Mülki Məcəllədə də, Ailə Məcəlləsində də, eyni zamanda hüququn digər aspektlərində də valideynlərin uşaqları bəlli yaşa qədər tərbiyə etmək və nəzarət etmək öhdəliyi var. Bu, məsuliyyət yaradır. Əgər onların səhlənkarlığından nəsə pis hadisə baş versəydi, valideyn məsuliyyət daşıyacaqdı”.