Cennifer Eniston da digər məşhurlar kimi yay istirahətinə yollanıb.
Aktrisa İtaliyada ən məşhur istirahət məkanlarından olan Portofinoda dincəlir.
Günəş vannası qəbul edən Eniston paparassilərin obyektivindən qaça bilməyib. Əhvalı yaxşı olan aktrisanın xoşbəxt günlərinin səbəbinin yaşadığı eşq olduğu deyilib. Belə ki, ingilis mediası onun 44 yaşlı amerikalı milyarder Sergey Brina ilə görüşdüyünü yazıb. Onları Qvinet Peltrou tanış edib. Eniston bu münasibətdən çox məmnundur. Aktrisanın milyarderlə eşqi isə həm dərgilərdə, həm internet protallarında, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb olub.



