|
Kubada ağır yol qəzası: 40-a yaxın yaralı

Kubada ağır yol qəzası nəticəsində 37 nəfər yaralanıb.

Trend-in "Granma" portalına istinadən verdiyi məlumata əsasən, Sankti-Spiritus vilayətində sərnişin avtobusu ilə "KAMAZ" toqquşub.

Qeyd olunur ki, bütün yaralananlar xəstəxanaya çatdırılıb.