ABŞ-ın Missuri ştatında Teybl-Rok gölündə sərnişin gəmisi qəzaya uğrayıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub, 7 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, qəzaya səbəb güclü külək olub.
XXX
06:53
ABŞ-ın Missuri ştatında Teybl-Rok gölündə sərnişin gəmisi qəzaya uğrayıb.
Trend-in məlumatına görə, gəmidə 31 nəfər olub. Onlardan azı 6-sı həlak olub, xilas edilənrlədən bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerində dalğıclar işləyir.
Gəminin qəzaya uğramasının səbəb bilinmir.
