Azərbaycan hüquq-mühafizə orqanları daha beynəlxalq axtarışa verdiyi avtobus sürücüsünə hökm oxunub.
Musavat.com xəbər verie ki, Bakı Ağır Cinayətlər Məhkəməsində İnterpol xətti ilə axtarışa verilən 1982-ci il təvəllüdlü Telman Allahverdiyev cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən T.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, T. Allahverdiyev 2015-ci ildə avtobus qəzası törədib. Bakının Bilgəh qəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovunidarə etdiyi VAZ 21011 markalı avtomobillə toqquşub.
Qəza nəticəsində sürücü R.İsmayılov hadisə yerində ölüb.
Hadisədən sonra Telman Allahverdiyev ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Bir müddət sonra saxlanılaraq ölkəyə gətirilib.
