|
Məşhur cütlük toy alış-verişində -

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Şahin Irmak  və həmkarı Asena Tuğal 4 gün sonra ailə qurur.

Cütlük alış-veriş mərkəzlərindən birində görüntülənib.  Toya hazırlıq gördüklərini deyən Şahin və Asena həyəcanlı olduqlarını deyiblər. Asena toyda Ebru Şancı və Zeynep Erdoğanın hazırladığı gəlinliyi geyinəcək.

Qeyd edək ki, ikili 2013-cü ildən bəri sevgilidir. 3 il eşq yaşayan Şahin və Asena 2015-ci ildə nişanlanıb.