|
İrina Şeyk bu fotolar üçün kamera qarşısına keçdi

Rusiyalı model İrina Şeyk məşhur jurnal üçün yeni fotosessiyaya çəkilib. 

Şeyk bu dəfə “Harper”s Bazaar” dərgisinin Çin variantı üçün kamera qarşısına keçib. 

Fotolarda İrina Chanel brendindən olan geyim və aksesuarlardan istifadə edib. 

Erotik hesab olunan şəkillərin fotoqrafı Koray Biranddır. 

Qeyd edək ki, bir neçə gün öncə dünya şöhrətli müğənni Rihanna da “Harper”s Bazaar China” üçün geyşa obrazında fotosessiya etdirmişdi.