|
Nigeriyada 70-ə yaxın hərbçi itkin düşüb

Nigeriyada 70-ə yaxın hərbçi "Boko Haram" terror qruplaşmasının ölkənin şimal-şərqində hücumundan sonra itkin düşmüş hesab olunur.

Trend-in "Sinhua" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə Bama rayonunda baş verib.

 

Terror qruplaşması ən azı 80 yük avtomobilindən ibarət hərbi karvana hücum ediblər.