|
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı

DİN iyul ayının 14-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

CIA.az həmin məlumatı təqdim edir:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınmış, onların da 27-si “isti izlər”lə açılıb. 

- Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. 

- Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 22 nəfər xəsarət alıb. 

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. 

- Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.