|
“Bu mükafatı qazandığım üçün fəxr edirəm” - Kurtua

Belçika millisinin üzvü Tibo Kurtua DÇ-2018-in ən yaxşı qapıçısı seçilməsinə münasibət bildirib. 

Qol.az-ın məlumatına görə, bununla bağlı o, “Tvitter”də yazıb:

“Bu, qapıçının futbolda qazana biləcəyi ən ali mükafatlardan biridir. Bu mükafatı qazandığım üçün fəxr edirəm”. 

Qeyd edək ki, Kurtuanın formasını geydiyi Belçika millisi mundialın bürünc medalını qazanıb