|
Hakan hamilə həyat yoldaşı ilə istirahətdə

Aparıcı Hakan Hatipoğlu həyat yoldaşı Gizem Hatipoğlu ilə birgə istirahətə yollanıb.

Cütlük dincəlmək üçün Bodruma yollanıb. Səmimi və əyləncəli halları ilə diqqət çəkən ikili bir fotoqrafların hədəfinə tuş gəlib. 6 aylıq hamilə olan Gizem və Hakan daha sonra jurnalistlərin suallarını cavablandırıblar. Hakan dünyaya gələcək qızına Leyla adını qoymaq istədiyini deyib:


“Mən Leyla qoymaq istəyirəm. Amma son sözü Gizem deyəcək. Uşaqların adları qadınların yuxusuna girirmiş, o yuxunu gözləyirik”.