|
Cəsarətli geyimi ilə gündəm oldu

Türkiyəli müğənni Gülşən konsert verib.
Müğənni cəsarətli geyimi ilə hər kəsi təəccübləndirib. Ağ qısa donu və parlaq ayaqqabıları ilə diqqət çəkən müğənni konsertini Bodrumda verib. 3 minə yaxın insanın qatıldığı konsert izləyənlər tərəfindən çox bəyənilib. Albomundakı bir çox mahnını səsləndirən müğənni həyəcanlı olduğunu deyib.