Goranboy rayonunda traktor aşıb, ağır yaralılar var.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qurbanzadə kənd ərazisində traktorun aşması nəticəsində 4 nəfər ağır yaralanıb. Onlardan birinin ölümcül yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
