|
10 milyard dollarlıq gəmi sifarişi

Dənizçilik sektoru Europort İstanbul 13-cü Beynəlxalq Dənizçilik Sərgisində bir araya gəlib. Cia.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sərgiyə 37 ölkədən 300 firma qatılıb.

Europort İstanbul sərgisi yalnız dənizçilik sektoru baxımından deyil, Türkiyənin ixracatı baxımından da böyük əhəmiyyət daşıyır.

Türkiyə firmalarının əlində bu an 10 milyard dollarlıq gəmi istehsal sifarişi var. Düzəldiləcək 250 gəminin milli gəlirə payı təxminən avtomobil sektorunun təmin etdiyi əlavə gəlir qədər olur.

Sərgi şənbə axşamı sona çatacaq.