"Roma" heyətinə yeni qapıçı cəlb edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İtaliya təmsilçisi Braziliya "Palmeyras"inin qolkiperi Daniel Fuzatonu transfer edib. 21 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, D.Fuzato yeni klubunda 63 nömrəli forma geyinəcək
