|
Cəlilabadda 2 otaqlı ev yanıb

Cəlilabadda yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Cəlilabad rayonunda ümumi sahəsi 48 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ona bitişik ümumi sahəsi 30 m² olan yardımçı tikilinin tavanı 3 m² sahədə yanıb.

 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.