Xəzər dənizinin qeyri-çimərlik ərazisində çimərkən batma təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas olunub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Zaqulba-3, Qızılqum, Mərdəkan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas olunub.
