|
Etibar Pirverdiyevin Ermənistana dəstəyi

Bu günlərdə Azərbaycan hərbi parad keçirərək bütün dünyaya gücünü göstərdi. Tək bunu demək kifayətdir ki, parddan sonra Ermənistanda siyasi çaxnaşma yarandı və Dağlıq Qarabağdan ermənilərin köç prosesi müşahidə oliundu. Ermənistan mətbuatı iki gün Azərbaycan ordusunun gücündən yazdı. Bununla da Azərbaycan aprel döyüşlərindən sonra növbəti dəfə Ermənistan üzərində psixoloji qələbəsini qazandı. İş o yerə çatdı ki, etik qaydalardan kənar olan Ermənistanın baş naziri müharibə etməyəcəklərini bildirdi. Və...  Ermənistanın  köməyinə “Azərenerji” prezidenti Etibar Pirverdiyev çatdı. Hərbi paraddan bir neçə gün sonra Azərbaycanın enerji sistemi çökdü. Azərbaycan qaranlığa qərq olunduğu kimi, gülünc hədəfinə də tuş gəldi. Bu günün özündə də Ermənistanda bir sevinc, özünəinam var. Bunu ermənilərə verən isə “Azərenerji” prezidenti Etibar Pirverdiyev oldu.

Prezident İlham Əliyev bununla bağlı müşavirə keçirtdi və bildirdi ki, buna görə Etibar Pirverdiyev utanmalıdır. Amma inanmırıq ki, utansın. Tək elə buna görə ki, Azərbaycanın enerji sisteminə ayrılan milyardlarla manat pul Etibar Pirverdiyevin biznesinin inkiuşafına yönəlib. Belə adam utana bilərmi?

Prezident İlham Əliyev Etibar Pirverdiyevin utanmasını istədi. Amma alınmaz...Ona görə ki, dövlət məmuru olsada milyardlarla manat dəyərində biznesi və daşınmaz əmlakı var. Cia.az saytının araşdırması göstərir ki, Xaçmazdan üzü Dağıstana qədər bütün bölgə onun əsarətindədir. Dağıstanın özündə belə qardaşına məxsus onlarla obyektlər var və bütün bu pullar xalqın puludur. Belə adam utanarmı?

Prezident İlham Əliyev Etibar Pirverdiyevə  utan dedi. Amma utanmayacaq. Çətini oğurluğu bir dəfə etməkdir. Etbar Pirverdiyev  isə illərdi ki, dövlətin büdcəsinə əl uzadır. Belə adam utanarmı? Heç vaxt...

Bu gün Ermənistanda hamı sevinir və hamı yəqin ki, Etibar Pirverdiyevə təşəkkür edir və regionu silkələyən hərbi paradımızı kölgəyə saldığı üçün onu milli qəhraman kimi qəbul edə bilərlər. Paşinyanın sevimlisi olacaq Etibar Pirverdiyevin  utanacağına Sizlər inanırsınızmı?

Elmir Əliyev

Cia.az