|
Yardımlıda meşədə yanğının söndürülməsinə helikopter və amfibiya təyyarəsi cəlb olunub

Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

XXX

09:54

 

Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.