|
Niyazinin mənzil-muzeyində növbəti konsert maraqla qarşılanıb

İyulun 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Məhəbbətlə doğulmuşam” adlı konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə ithaf edilib. Konsert çərçivəsində London Musiqi Akademiyasının solisti, Respublika müsabiqələri laureatı Vüsalə Yusif Əmirbəyova və musiqişünas, vokalçı Sevinc İbrahimovanın ifalarında görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Niyazi, Əşrəf Abbasov, Ədilə Hüseynzadə, gənc bəstəkar, Beynəlxalq Müsabiqə laureatı Xədicə Zeynalovanın vətənpərvərlik ruhunda yazdığı əsərlərindən ibarət musiqi proqramı təqdim edilib.

Bir-birindən maraqlı ifaların səsləndiyi konsert proqramı maraqla qarşılanıb.