|
"Taliban" polislərə hücum etdi - 6 ölü

Əfqanıstanın paytaxtı Kabildə "Taliban" radikal qruplaşması polis əməkdaşlarına hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 6 polis qətlə yetirilib.

 

Daha dörd nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Əfqanıstan Prezidenti Əşrəf Qəni "Taliban"la atəşkəs rejiminin dayandırıldığını və hərbi əməliyyatların bərpa edildiyini bildirmişdi.