Azərbaycanın Xalq Artisti Yusif Eyvazov iyulun 5-də və 11-də Parisdə Bastiliya Opera Teatrının səhnəsində Cüzeppe Verdinin “Trubadur” operasında çıxış edəcək.
Yusif Eyvazov səhnə əsərində Manrikonun partiyasını ifa edəcək.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.
