Hər zaman düzgün bədən fiqurası ilə diqqət çəkən türkiyəli model Tülin Şahin maraqlı açıqlamalar verib.
Model heç vaxt pəhriz saxlamadığını deyib:
“İstədiyimi yeyirəm. Öz tanışlarım da buna təəccüblənir. Məsələn, iki pizza, bir qab mantı yeyirəm. Getdiyim restoranlarda bununla bağlı suallar verirlər. Cavabım isə “İdman” olur. Heç vaxt pəhriz saxlamamışam”.
Qeyd edək ki, Tülinin 37 yaşı var
