|
Bərdədə iki avtomobil toqquşub, ölənlər var

Bərdədə ağır yol qəzası baş verib.

APA-nın yerli muxbirinin xəbərinə görə, hadisə rayonun Əmirli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Hyundai”la toqquşub. İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb. Onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.