|
“AF mall” ticarət mərkəzində yanğın olub

Bakının Nəsimi rayonunda yerləşən çoxmərtəbəli binanın zirzəmisində (“AF mall” ticarət mərkəzi kimi tanınır) 2 p.m elektrik kabeli yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.