|
Qaradağda avtomobil maneəyə çırpıldı - Ölən var

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sərnişinin sıxılmış vəziyyətdə qalmış meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat başa çatıb.