|
Roma meri şəhərin daş döşənmiş küçələrinin sayını azaltmaq istəyir

Çay daşları döşənmiş küçələr Romanın simvolu hesab edilir, lakin biz nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yollardan çay daşlarının ləğv edilməsi imkanlarını dəyərləndirmək istəyirik. Həmin yol örtükləri avtomobillərə mütəmadi olaraq ziyan vurur və onların təmiri sürücülərə baha başa gəlir.

AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, bu sözləri Roma şəhərinin meri, xanım Virginia Raggi bildirib.

Qeyd edib ki, bu məsələ ilə əlaqədar təkliflər hazırlanıb və ictimai debatlara başlamaq istəyirlər.