|
DÇ tarixində oyunsonrası penaltilərdə 3 zərbə dəf edən ikinci qapıçı - Subotiç

Xorvatiya millisinin qapıçısı Daniel Subotiç dünya çempionatının 1/8 finalında Danimarka ilə görüşdə oyunsonrası penaltilər zamanı 3 zərbəni dəf edib.

Qol.az-ın məlumatına görə, “Monako”nun qapıçısı Kristian Eriksen, Lassa Şöne və Nikolay Yorgensenin penalti vuruşlarını qaytarıb. 

 


33 yaşlı qolkiperə qədər dünya çempionatları tarixində yalnız portuqaliyalı Rikardu oyunsonrası penaltilər zamanı 3 dəfə rəqibin zərbəsini dəf etmişdi. Bu, 2006-cı ilin 1 iyulun İngiltər ilə matçda baş vermişdi. 

Qeyd edək ki, Xorvatiya ilə oyunda Danimarka millisinin qapıçısı Kasper Şmeyhel də 3 penalti qaytarıb. Amma danimarkalı qolkiper penaltilərdən birini əlavə vaxtda dəf edib