Solçu qüvvələrin koalisiyasından irəli sürülən namizəd Andres Manuel Lopez Obrador Meksikada keçirilən prezident seçkilərində səsvermənin rəsmi nəticələrinin elan olunmasından əvvəl de-fakto qələbə qazanıb. Bu haqda Trend TASS informasiya agentliyinə istinadən xəbər verir.
Ölkə üzrə seçki məntəqələrinin bağlanmasından bir qədər sonra onun prezident seçkilərindəki rəqibləri - Rikardo Anaya, Xose Antonio Mid və Xaime Rodriguez Kalderon öz məğlubiyyətlərini qəbul etdilər.
Hal hazırda Milli Seçki İnstitutunun "səsvermənin ilkin nəticələrinin əldə edilməsi proqramına" əsasən, Lopez Obrador səslərin 46,9% qazanır. Onun ən yaxın rəqibi, digər koalisiyadan olan namizəd Rikardo Anaya, 26.95% səslə ikinci, üçüncü və dördüncü yerləri müvafiq olaraq 17,44% və 5.94% Xose Antonio Mid və Xaime Rodrigez Kalderon tutdu.
