|
Deniz Çakırın yerinə Özgeni seçdi

Çağan İrmak yeni filmi “Bizi Hatırla”nın qadın baş rolu üçün dəyişiklik edib. 

Əvvəlcə Deniz Çakırla görüşən rejissor daha sonra Özge Özberki seçib. 
İrmak artıq filmin aktyor heyətini tamamlayıb. O, “Çemberimde Gül Oya” və “Babam ve Oğlum” filmlərində birlikdə çalışdığı Özge ilə artıq müqavilə bağlayıb. Filmdə Özberklə bərabər Altan Erkekli və Tolga Tekin də rol alacaq. 
“Babam ve Oğlum”la izləyiciləri ağladan İrmak yeni filmi ilə tamaşaçıların qarşısına çıxacaq. Ata-qız hekayəsinin yer alacağı film noyabrın 23-də təqdim ediləcək.