|
Bakıda havanın temperaturu nə vaxt enəcək?

İyulun 2-də Bakıda və Abşeron yarımadasında gözlənilən şimal küləyi temperaturun bir qədər aşağı enməsinə səbəb olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan CİA.az-a verilən məlumata görə, bununla belə, iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək.

İyulun 5-dən 8-dək arabir güclənən şimal küləyi müsbət amil olacaq və havanın temperaturu iqlim norma göstəricilərinə yaxınlaşacaq.