|
Aeroport yolunda ağır yol qəzası baş verib

Heydər Əliyev adına Bakı Hava limanı yolunun Bülbülə döngəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə musavat.com-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib. 

Onun sözlərinə görə, qəza səbəbindən də avtomagistralın həmin hissəsində şəhər istiqamətində sürət həddi 20 km/saat endirilib.