|
Liviya ordusu Derna şəhərini terrorçulardan tam azad edib

Liviya Milli Ordusu Derna şəhərini terrorçulardan tam azad edib.

Trend-in "Sky News Arabia"ya istinadən verdiyi məlumata görə, azad olunan Derna şəhəri terrorçuların qaldığı son şəhər idi.

 

Liviya Milli Ordusunun məlumatında deyilir: "Ordu Derna şəhəri üzərində tam nəzarəti bərpa edib. Ordu bölmələri şəhərin Əl-Maqar rayonunu terrorçu qruplaşmalardan təmizləyib".