Ötən ay ikinci dəfə ana olan məşhur model Krissi Teyqen musiqiçi əri Con Lecend ilə Los-Ancelesdə görüntülənib.
32 yaşlı model qısa vaxt ərzində yenidən əvvəlki bədən quruluşuna dönməsi ilə təəccübləndirib.
Qeyd edək ki, Krissi ilə 39 yaşlı Con 2007-ci ildə “Stereo” klipinin çəkilişi zamanı tanış olublar. Cütlüyün Luna Simona Stivens adlı qızı və Miles adlı oğlu var.


