|
Bitkoin ucuzlaşır - 6 min dollar oldu

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin yenidən ucuzlaşmağa başlayıb.

Trend-in məlumatına görə, bitkoin 6 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 2,51% ucuzlaşaraq 6 103 dollar təşkil edib.

Alternativ kriptovalyutalar da ucuzlaşma nümayiş etdirib. Belə ki, "Ethereum" 5,14% və ya 433,94 dollaradək ucuzlaşıb, "Ripple" 4,71% (0,46 dollara qədər), "Bitcoin Cash" 6,38% (703,38 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 245,11 milyard dollar təşkil edir və bunun 42,6 faizi bitkoinin payına düşür.