|
"Qəbələ" Zaqreb "Dinamo"suna qarşı
2018/19 mövsümünün hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirəcək.

Qol.az-ın xəbərinə görə, “qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq.
 
Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda olacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.