|
Di Kaprio və Bred Pitt eyni filmdə

Aktyorlar - Bred Pitt və Leonardo Di Kaprio eyni filmə çəkilir.

Aktyorlar "Bir dəfə Hollivudda" (Once Upon A Time In Hollywood) adlı filmdə tərəf müqabili olacaqlar.
Ekran işinin rejissoru Kventina Tarantinodur. 
2019-cu ilin avqustunda təqdim olunması nəzərdə tutulan filmdə eyni zamanda Al Paçino, Kurt Rassel, Tim Rot, Marqo Robbi və digərlərinin oynayacağı bildirilir.