|
Qırğızıstanda "Sibir xorası" peyda oldu

Qırğızıstanda "Sibir xorası" diaqnozu ilə 9 nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, Calal-abad vilayətində 3 qadın və 6 kişi üzərində mümkün laborator müayinə aparıldıqdan sonra diaqnoz dəqiq müəyyən olunacaq.

 

Həkimlərin sözlərinə görə, bu xəstəlik iri və xırdabuynuzlu heyvanlarda yayılıb.