|
Honda Yaponiya futbolunun tarixinə düşdü

Yaponiya millisi dünya çempionatındakı ikinci oyunda Seneqalla heç-heçə edib - 2:2. 
Qol.az xəbər verir ki, Asiya təmsilçisini məğlubiyyətdən sonradan meydana daxil olan Keysuke Honda xilas edib. Onun sona 12 dəqiqə qalmış fərqlənməsi Yaponiya yığmasına 1 xal qazandırıb. 

Bu qolla Honda Yaponiya futbolu tarixinə düşüb. Belə ki, sabiq “Milan”lı ardıcıl 3 dünya çempionatında qol vuran ilk yapon futbolçudur. 
Qeyd edək ki, 32 yaşlı futbolçu DÇ-2010-da 2, ötən mundialda isə 1 qol vurub.