|
Hindistanda qəza: 15 nəfər həlak olub

Hindistanda 20 nəfərdən artıq daşıyan qoşqulu traktor kanala düşüb.

Trend-in məlumatına görə, hadisə ölkənin Telanqana ştatında baş verib. Qəza nəticəsində 15 nəfər ölüb, onlardan biri uşaqdır.

 

Qeyd olunur ki, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.