|
Liviya sahillərində 450-dən çox miqrant xilas edilib

Liviyanın sahil mühafizəsi iki əməliyyat nəticəsində 458 miqrant xilas edib.

Trend-in məlumatına görə, Əl-Xoms şəhəri yaxınlığında keçirilən birincə əməliyyatda 361 nəfəri xilas etmək mümkün olub. Onlarda 88-i qadın, 44-ü isı uşaq olub.

 

İkinci əməliyyat Zliten şəhəri yaxınlığında aparılıb. Burada 97 miqrant xilas edilib, onlarda 22-si qadın, 26-sı isə uşaq olub.