|
Bakı sakini zorakılıqla qətlə yetirilib

Mayın 29-da Bakı şəhər sakini Ələsgər Dadaşovun üzərində zorakılıq əlamətləri olan meyitinin Binəqədi rayonu ərazisindəki mənzilində tapılması barədə məlumat daxil olub.

 

DİN-dən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Səfər Əliyev saxlanılıb.