May ayı ərzində Azərbaycana 58933 nəqliyyat vasitəsi giriş-çıxış edib.
Musavat.com bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları baş idarəsinin texnoloji innovasiyalar idarəsinin rəisi Azər Abasov jurnalistlərə açıqlamasında bildirib.
Qurum rəsmisinin sözlərinə görə gün ərzində 2 minə yaxın nəqliyyat vasitəsinin giris-çıxışı baş tutmaqdadır:
“”Sınıq Körpü” Gömrük Postu üzrə nəqliyyat vasitələrinin keçid müddəti 20 dəqiqdən çox olmayanlarda 57.10 faiz, 20 dəqiqdən 60 dəqiqəyədək 33.93 faiz, 60 dəqiqdən yuxarı olanlar isə 9.28 faiz təşkil edib".
